30 Oktyabr 2016 11:23
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Saratov vilayətinin Tatişevsk rayonunda yol qəzası baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Karyakin kəndinin 5 kilometrliyində qeydə alınıb.

Belə ki, sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan biri onurğa sınığıyla xəstəxanaya yerləşdirilib.

"Qəza zamanı 15 nəfər xəsarət alıb. Onların əksəriyyətində yüngül kəsiklər və zədələr var" – deyə fövqəladə xidmətlərdəki mənbə agentliyə bildirib. Onun sözlərinə görə, avtobusun sərnişinlərindən biri Özbəkistan vətəndaşıdır.

Hadisə zamanı nəqliyyat vasitəsində ümumilikdə 24 sərnişin olub.


Müəllif: