PKK terror təşkilatının siyasi qanadı olan Xalq Demokratik Partiyasının (HDP) bir qrup üzvünə qarşı açılan cinayət işindən sonra Almaniyadakı PKK tərəfdarları etiraz aksiyası keçirib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Almaniyadakı səfirliyinin önünə toplaşan aksiya iştirakçıları Türkiyə dövləti və prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə şüarlar səsləndiriblər.
Polislər dərhal aksiyaya müdaxilə edərək onu yatırmağa çalışıblar. PKK tərəfdarlarının alman polisinə məhəl qoymaması hüquq-mühafizə orqanlarının əməkdaşlarını sərt addımlar atmağa məcbur edib. Polislər PKK-çıları dəyənəklə döyüblər.
Nərgiz