5 Noyabr 2016 17:59
442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şimal bölgəsində havanın həddən artıq kirlənməsi və görüş məsafəsinin 200 metrə qədər aşağı düşməsi səbəbindən narıncı həyəcan siqnalı verilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, narıncı həyəcan siqnalı Pekin, Tiencin şəhərlərinə, Hınan, Şanşi, Şaanşi, Cilin, Heylongciang və Liaoning əyalətlərinə aid edilib.

Hava kirliliyinin artması səbəbindən Pekin Beynəlxalq Hava Limanında bəzi uçuşlar ləğv edilib.

Samir


Müəllif: