6 Noyabr 2016 17:39
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fırat qalxanı" əməliyyatının hədəfi İraqda 5 min kvadrat kilometrlik ərazini təhlükəsizlik zonası yaratmaqdır. Bununla bağlı Obama, Putin və Merkellə danışdım. Yekun qərara gəldikdə hər zamankı oyunu oynadılar".

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün çıxışında bildirib.

O, Avropa Birliyini tənqid edərək qeyd edib ki, AB vəd etdiyi 3 milyard avrodan cəmi 250 milyon avro verib: "Bunlar dürüst deyillər. Bunlar belədir. Biz miqrantlara 13-14 milyard dollar pul xərcləmişik. Görürsünüz, dürüstlük keçmir. Ən son yaşanan olaylarda AB-nin rəhbərliyi Türkiyəyə hücuma keçdi. Gəlib-gedib nə edəcəksiniz, qərarımı dəyişdirəcəksiniz? Burada hüquq var. Səninki müstəqil, tərəfsiz, mənimki hüquq-muquqmu? Bizim də məhkəmələr tərəfsiz və müstəqildir".

Türkiyə prezidenti Merkelə 4 min terrorçunun cinayət işlərini verdiyini xatırladıb: "Gecikən ədalət ədalət deyil. AB PKK-nı terror təşkilatı kimi tanısa da, indi onu müdafiə edir. Məsələn, Sabancı ailəsi. Bir qapıdan içəri salındı, digər qapıdan buraxıldı. Boş-boşuna özlərini yormasınlar. 14 illik baş nazir və prezidentlik müddətində çox yaxşı oxudum. Biz onları yaxşı tanıyırıq. Onlar mənə diktator-filan dedilər. Heç umurumda deyil. Bir qulağımdan alıb, digərindən verirəm".

Ruslan


Müəllif:

Oxşar xəbərlər