8 Noyabr 2016 19:12
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın müxalif partiyaları Moskva meriyasına noyabrın 20-də rus ordusunun Suriyada əməliyyatlar aparması əleyhinə mitinqlər keçirməyə şərait yaratması üçün müraciət ediblər.

 

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın qeydə alınmamış 5 Dekabr Partiyasının sədri Sergey Davidis söyləyib. Onun sözlərinə görə, partiyanın təşkilatçısı PARNAS, 5 Dekabr, Libertarian partiyaları, Həmrəylik hərəkatıdır: "Rusiyanın daxilində kifayət qədər çox problem var ki, öz həllini gözləyir. Resurslarımızı Suriya müharibəsinə xərcləmək doğru deyil. Dəməşqə ilk növbədə humanitar yardım etmək lazımdır". 


Müəllif:

Oxşar xəbərlər