10 Noyabr 2016 00:39
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda bütün futbol yarışları dayandırılıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə qərarı Yunanıstan Futbol Federasiyası (YFF) verib.


Buna səbəb yerli Hakimlər Komitəsinin sədri Giorgos Bikasın evinin yandırılması olub. YFF hadisədən sonra ölkədə bütün futbol yarışlarının müddətsiz dayandırıldığını açıqlayıb.


Yunanıstanın “Panatinaikos”, “Olimpiakos” və PAOK kimi böyük klubları federasiyanın bu qərarına dəstək veriblər.

Yunanıstanda bu, ilk belə hal deyil. Ötən mövsüm də analoji vəziyyət yaşanmış və PAOK-la “Olimpiakos” arasındakı matçda baş vermiş iğtişaşdan sonra ölkə kuboku uğrunda oyunlar dayandırılmışdı.

Qeyd edək ki, PAOK Avropa Liqasında “Qarabağ”la birgə J qrupunda mübarizə aparır.


Müəllif:

Oxşar xəbərlər