10 Noyabr 2016 12:25
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dakı prezident seçkilərində qələbə qazanan Donald Tramp İsrail Baş naziri Binyamin Netanyahunu ölkəsinə dəvət edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu, Trampın prezident kimi ilk işi olub.

Yerli media bu addımdan sonra Trampı "İsrailin əsl dostu" kimi təqdim edib.

Qeyd edək ki, seçkilərin nəticələri açıqlandıqdan sonra Netanyahu Trampa təbrik məktubu göndərib. İsrail xarici işlər nazirinin müavini Tzipi Hotoveli isə Trampdan Qüds və Tel Əvivdə səfirliklər açmağını istəmişdi.

Samir


Müəllif: