Vladimir Putin Ermənistan və Rusiyanın silahlı qüvvələrinin birləşmiş qoşun qrupu haqqında razılaşmanı təsdiq edib.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı məlumat Kremlin rəsmi saytında yerləşdirilib:
"Rusiya Federasiyası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin birləşmiş qoşun qrupu barədə hökumətin təklifini qəbul olunub".
Putinin sərəncamında Rusiya Müdafiə Nazirliyinə ölkənin Xarici İşlər Nazirliyinin iştirakı ilə Ermənistan tərəfi ilə danışıqlar aparmaq və razılaşma əldə edərək, bunu Rusiya adından imzalamaq tapşırılıb.
Samir