15 Noyabr 2016 13:04
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Rusiya Federasiyasına qarşı sanksiyanı genişləndirməsi getməkdə olan Obama Administrasiyasının iflasa uğramış siyasətinin təzahürüdür”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına Dövlət Dumasının Krımdan olan 6 deputatının adının salınması xəbərini şərh edərkən deyib.

O, 60 gün sonra hakimiyyəti sona çatacaq ABŞ Administrasiyanın şəxsi ambisiyaları davam etdirməsinə Rusiyanın heyfsləndiyini bildirib. Ryabkovun fikrincə, Rusiya ilə Vaşinqton arasında məhv olmuş münasibətlərin yaxşılaşması istiqamətində azacıq da olsa, cəhd göstərmək əvəzinə ABŞ vəziyyəti daha da pisləşdirir.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər