17 Noyabr 2016 18:45
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa sərt xəbərdarlıq edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Səudiyyənin energetika naziri Xalid əl-Falih danışıb. O bildirib ki, Tramp seçki kampaniyası vaxtı "Səudiyyə Ərəbistan və digər ərəb ölkələrindən neft idxalına qadağa qoya bilərik" fikrini söyləyib:

"Enerji qlobal iqtisadiyyatın əsas damardır. ABŞ sərbəst ticarətin faydasını hamıdan daha çox görür. ABŞ xam neftə bağlı olan qlobal iqtisadiyyatın çox mühüm bir parçasıdır. Məncə, neft sənayesi hər hansı məhsulun ticarətinin qadağan edilməsinin faydalı olmayacağını Trampa başa salacaq. Neft idxalına qoyulan qadağa hər iki ölkəyə mənfi təsir göstərəcək".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Kanadadan sonra ABŞ-ın neft ehtiyaclarını qarşılayan ikinci ölkədir.

Samir


Müəllif:

Oxşar xəbərlər