İslam Əməkdaşlıq Təşkilatına (İƏT) yeni baş katib seçilib.
Teleqraf.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Safa Sarayında keçirilən İƏT xarici işlər nazirlərinin növbədənkənar iclasında bu posta doktor Yusuf əl-Useymin namizədliyi irəli sürülüb.
Nazirlər təklifi yekdilliklə dəstəkləyiblər. Qeyd edək ki, Yusuf əl-Useym İƏT-in 11-ci baş katibidir.