“Avropada “İslam Dövləti” terror qruplaşmasının üzvlərinin sayı 60-80 nəfər aralığındadır”.
Teleqraf.com-un məlumatına görə, bunu “Assoşeyted Press” agentliyinə Niderlandın terrorçuluğa qarşı mübarizə üzrə milli koordinatoru (xüsusi xidmət orqanı rəhbəri) Dik Sxoff bildirib.
O, yaraqlılarının terror aktları törətməyə hazırlaşdıqlarını bildirib. D.Sxoff bildirib ki, “İslam Dövləti”nin potensial tərəfdarları terrorçularla mütəmadi olaraq əlaqə saxlayırlar: “İslam Dövləti”nin yaraqlıları onlardan Suriya və İraqa gəlməməyi, Avropada terror aktları törətməyə xahiş edirlər”. Onun sözlərinə görə, məhz bu səbəbdən son 6 ay ərzində sözügedən iki ölkədə “xarici yaraqlı”ların sayı artmayıb. Ancaq xüsusi xidmət orqanı rəhbəri bildirib ki, “bu, potensial təhlükənin azalmasına dəlalət etmir”.
D.Sxofun sözlərinə görə, hazırda Suriya və İraqda Avropadan olan 4-5 min yaraqlı var.
Səxavət