Özbəkistanda dekabrın 4-ə təyin olunmuş növbədənkənar prezident seçkiləri üçün erkən səsvermə keçirilir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, prezidentliyə namizədlər Liberal-demorkatlar partiyasından olan, hazırda prezidentin səlahiyyətlərini icra edən, baş nazir Şövkət Mirziyayev, Xalq Demokratlar partiyasının sədri Hətəmxan Ketmonov, "Milli Dirçəliş" Demokratlar partiyasının sədri Sərvər Otamuradov və "Ədalət" sosial-demorkatik partiyasının sədri Nəriman Umarovdur.
Özbəkistan qanunlarına əsasən, erkən səsvermə prezident seçkilərinə 10 gün qalmış başlayır və seçkilərdən bir gün əvvəl bitir. Bu müddətdə seçicilər yerli səsvermə məntəqələrinə məktubla müraciət etməli və qeydiyyata düşməlidirlər.
Prezident seçkilərində 21,4 milyon insanın səs verməsi gözlənilir. Ölkə üzrə 9378, 28 ölkədə isə 44 seçi məntəqəsi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Özbəkistanın birinci prezidenti islam Kərimov sentyabrın 2-də vəfat edib.
Samir