Suriya ordusu Hələbin şərqində, müxaliflərin nəzarətində olan əsas yaşayış məntəqələrindən birini ələ keçirib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya hərbi təyyarələrinin köməyi ilə ordu Hanano məntəqəsini aldıqlarını və mina təmizləmə işlərini başladıqlarını bildirib.
Hanano Hələbdə silahlı hərəkatın başlamasının ardından 2012-ci ildə müxaliflərin nəzarətinə keçmişdi.
Müxaliflər xəbəri təsdiqləyib.
BMT bildirir ki, hazırda Hələbdə 250 min dinc sakin humanitar fəlakət içərisində yaşayır.
Noyabrın 15-də Hələbə endirilən hava hücumları nəticəsində 300-dən çox dinc sakin həlak olub.