Türkiyənin Tuncəli bölgəsinin Aşağıdoluca kəndində erməni terrorçularının adına qoyulan abidə söyüləcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Tuncəli valiliyi qərar qəbul edib. Abidənin nə vaxt söküləcəyi açıqlanmayıb.
Qeyd edək ki, xatirə abidəsinin açılışı aprelin 26-da baş tutub. Abidənin üzərində ““Erməni soyqırımı”nı lənətləyirik. Armenak Bakırcıyanı və Hrantı anırıq. 100-cü ilində “erməni soyqırımı” davam edir” sözləri yazılıb.
Abidənin üzərində ASALA terror təşkilatının üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş,ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqırımılar törətmiş Monte Melkonyanın adı da var.
Samir