İran prezidenti Həsən Ruhani Suriya ərazisində atəşkəs rejiminin tətbiq edilməsini alqışlayaraq, Suriya məsələsində Moskva, Tehran və Dəməşqin əməkdaşlıq etdiyini təsdiqləyib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Tehranda səfərdə olan Suriya XİN rəhbəri Valid Müəllimlə görüşü zamanı bildirib.
Ruhani atəşkəs rejimi dövründə terrorçuların güclənməsinə yol verilməməsinin vacibliyini qeyd edib.
"İran, Rusiya və Suriya birlikdə addımları razılaşdırmaqla gələcəkdə bu istiqamətdə irəliləyişə nail ola bilərlər", deyə Ruhani qeyd edib.
Ruhani Astanada keçiriləcək danışıqların Suriyadakı böhranın nizamlanmasına kömək edəcəyinə ümidvar olduğunu bildirib.