9 Yanvar 2017 12:50
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Britaniyadakı səfirliyinin əməkdaşının videosu iki ölkə arasında narazılığa səbəb olub.

Teleqraf.com xəbər verir ki, gizli lentə alınan video "Əl-Cəzirə" telekanalında yayımlanıb.

Görüntülərdə Şay Masot adlı şəxsin krallığın xarici işlər nazirinin müavini Alan Dunkanı vəzifədən uzaqlaşdırmaq yönündə çalışdığı barədə fikirləri əks olunub. O, bunu Dunkanın Fələstin dövlətinin yaradılmasının tərəfdarı olması ilə əlaqələndirib.

Videonun yayılmasından dərhal sonra İsrail səfirliyi Britaniyadan üzr istəyib. Onlar Şay Masotla bağlı lazımi tədbirlərin görüləcəyini və onun səsləndirdiyi fikirlərin həqiqətə uyğun olmadığını bildiriblər.

Samir


Müəllif:

Oxşar xəbərlər