Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Aleksis Tsipras arasında telefon danışığı olub.
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, Ərdoğan və Tsipras Kipr məsələsini müzakirə ediblər.
Telefon danışığı zamanı Rəcəb Tayyib Ərdoğan və Aleksis Tsipras Cenevrədəki müzakirələrdə müsbət nəticə əldə olunması üçün tərəflərin konstruktiv yanaşmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, bu gün Cenevrədə Kipr problemi üzrə yunan icmasının lideri Nikos Anastasiadisin və Şimali Kiprin prezidenti Mustafa Akıncının iştirakı ilə danışıqlar başlayıb.