10 Yanvar 2017 11:37
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin 82 yaşında vəfat etməsindən sonra ortaya atılan "öldürüldü" iddiası ölkəni qarışdırıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, minlərlə insan Rəfsəncaninin müalicə aldığı xəstəxananın önünə yığışıb.

Etirazçılar Rəfsəncaninin xəstəxanada öldürüldüyünü iddia ediblər.

İranın səhiyyə naziri Əmir Möhsen Dayay verdiyi açıqlamada Rəfsəncaninin ölümündə həkimləri günahkar bilib: "Onun yanında şəxsi həkimləri olmayıb. Aldığım məlumatlara görə, həkimlər üzərilərinə düşən öhdəlikləri tam yerinə yetirməyiblər".

Samir


Müəllif:

Oxşar xəbərlər