İsrailin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu əri haqqında açılan korrupsiya araşdırması çərçivəsində polisə ifadə verib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Sara Netanyahu zəngin iş adamlarından qanunsuz şəkildə qiymətli hədiyyələr almaqla günahlandırılan əri haqqında açılan korrupsiya araşdırması çərçivəsində polisdə sorğu-sual edilib.
İsrail polisindən məsələ ilə bağlı hələ ki bir açıqlama verilməyib.
Baş nazir Netanyahu korrupsiya araşdırması çərçivəsində bazar ertəsi günü 3 saat ifadə verib.
Rüşvət iddialarına cavab verən Netanyahu bunları bildirib: "İllərdir mənə və ailəmə qarşı aparılan kampaniya heç bir nəticə vermədi. Heç bir şey də olmayacaq, çünki heç bir şey yoxdur".
Netanyahunun korrupsiya əməli dəqiqləşərsə vəzifəsindən istefa verməli olacaq.