Türkiyə Böyük Millət Məclisində (TBMM) qızğın müzakirələr gedib və saxta erməni soyqırımı məsələsi gündəmə gətirilib.
Teleqraf.com hurriyet.com.tr istindən xəbər verir ki, HDP-dən olan deputat Garo Poylan konstitusiyanın 11-ci maddəsi müzakirə edilərkən söz alıb və “erməni soyqırımı” ifadəsi işlədib. Bundan dərhal sonra AKP-li deputatlar Poylandan üzr istəməsini tələb edib.
Poylan isə çıxışında bildirib ki, biz bir zamanlar yüzdə 40 idik, bu gün mində birik: "Hər halda başımıza bir iş gəldi. Mən bunun adına soyqırım deyirəm. Erməni xalqı başına nə gəldiyini çox gözəl bilir. Bir zamanlar atamın, babamın başına nə gəldiyini çox yaxşı bilirəm. O zaman bunun adını siz qoyun. Biz yox hökmündəyik, artıq mində birə düşmüşük”.
TBMM-nin erməni əsilli deputatının bu çıxışı ciddi qarşıdurmaya səbəb olub. AKP-li deputatlar bu iddiaları səsləndirən Polyanı boykot ediblər. Bəzi deputatlar Poylanın çıxış etdiyi kürsüyə doğru getməyə başlayanda isə HDP-dən olan deputatlar Polyanı öz yanlarına çəkib.
AKP-li deputatlar isə Poyalana bildirib ki, burada belə ifadələr işlədə bilməz, erməni diasporunun ifadələri TBMM-də səsləndirilməməlidir.
Məclis sədrinin müavini Ahmet Aydın isə qarşıdurmanın uzanması səbəbindən iclasda fasilə elan edib.
İclas başlayan kimi AKP-çi deputatı Naci Bostancı bəyan edib ki, Garo Poylan təxribatçıdır: “Biz onun iddialarını rədd edirik. Eyni zamanda TBMM əsasnaməsinin 161-ci maddəsinə əsasən tədbir görülməsini və haqsız iddianın arxivdə saxlanılmasını tələb edirik”.
CHP-dən olan deputat Engin Altay bəyan edib ki, CHP Türkiyə və Anadolu coğrafiyasında soyqırım edildildiyi barədə iddianı qəbul edə bilməz və bu iddianı şiddətlə rədd edirlər.
MHP-li deputat Erkan Akçayda Garo Paylanın soyqırım iddiasını rədd etdiklərini elan edib.
HDP-li deputat Sureyya Öndər isə düşüncələrin sərbəst ifadə edilməsinin vacibliyini irəli sürüb.
Uzun müzakirələrdən sonra Ahmet Aydın Garo Paylanın haqqında cəza tədbiri görüb. Belə ki, erməni əsilli deputatdan “soyqırımı” ifadəsini təkrarlamaması tələb edilib.
Cavad