22 Yanvar 2017 13:23
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 23-24-nə planlaşdırılan Suriya danışıqları öncəsi Astanada Rusiya, İran və Türkiyə nümayəndə heyətlərinin görüşü keçirilib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, danışıqlar bağlı qapılar arxasında baş tutub.

Rusiyanı danışıqlarda Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departmentinin direktoru Sergey Verşinin, İran tərəfini xarici işlər nazirinin müavini Hüseyn Cabbari Ənsari, Türkiyə tərəfini də xarici işlər nazirinin müavini təmsil edir.

Yanvarın 23-24-də Astanada keçiriləcək danışıqlardan sonra Suriyada atəşkəs rejimini möhkəmləndirəcək sənədin imzalanması gözlənilir. Mənbə bu sənədin Ankaradakı məsləhətləşmələrdən sonra hazırlandığını bildirib.

Nihad


Müəllif:

Oxşar xəbərlər