24 Yanvar 2017 12:15
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyalı müxaliflər Astana görüşünün nəticəsi ilə bağlı hazırlanan sənədi imzalamaqdan imtina ediblər.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı müxaliflərin nümayəndəsi Yəhya əl-Aridi məlumat verib:

"İmzalanma olmayacaq. Təminatçı ölkələr olan Rusiya, Türkiyə və İran sadəcə sənədi yayımlayacaqlar".

Əl-Aridinin sözlərinə görə, müxaliflər Suriya hökuməti ilə kommunike imzalamaq fikrində deyil: "Hazırlanan sənəd danışıqların digər tərəflərinə təqdim olunmaq üçündür. Bizdə elə təəssürat yaranır ki, təminatçı ölkələr Suriya xalqından daha çox öz maraqları barədə fikirləşir. İstəyirik ki, Suriyada atəşkəs saxlanılsın, amma bunun üçün digər tərəflər Suriya xalqı barədə də düşünməlidir".

Bununla yanaşı, BMT-nin Suriya üzrə nümayəndəsi Staffan de Mistura bildirib ki, tərəflər yekun sənədi imzalamağa çox yaxındılar: "Biz yekun sənədin imzalanacağına ümid edirik. Əgər imzalanma olsa, bu münaqişənin həllində əsas addım olacaq".

Qeyd edək ki, bir müddət öncə Suriya müxaliflərinin xüsusi nümayəndəsi Usama Əbu Zeyd Suriya danışıqlarında hələlik heç bir siyasi məsələnin müzakirə edilmədiyini bildirmişdi. O əlavə edib ki, Astana danışıqlarının yekun sənədi rəsmi olaraq onlara təqdim olunmayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər