ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı yanvarın 28-də baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bununla bağlı CNN telekanalı Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb. Bu, Trampın vəzifələrinin icrasına başlamasından sonra liderlər arasında ilk telefon danışığı olacaq.
Bu arada, "Fox News"a müsahibə verən Tramp tezliklə Vladimir Putinlə söhbət etmək niyyətində olduğunu deyib. O bildirib ki, ən qısa vaxtda ABŞ-Rusiya münasibətlərini qaydasına salmaq lazımdır: "Bu, hər iki ölkə üçün yaxşı olacaq. Əgər Rusiya ilə münasibətləri yaxşılaşdırsa, çox gözəl olacaq".
Trampın sözlərinə görə, Moskva və Vaşinqton İŞİD terror qruplaşmasına qarşı birgə mübarizə apara bilər.
Qeyd edək ki, Putin və Tramp arasında son telefon danışığı noyabrın 14-də baş tutub.
Samir