"Müəyyən şərtlər daxilində Moskva və Tiflis arasında diplomatik əlaqələrin bərpası gündəmdə ola bilər".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstan baş nazirinin Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.
Fevralın əvvələrində Abaşidze və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında Praqada görüş keçiriləcək. Hər iki diplomat bəyan edib ki, hazırda tərəflər diplomatik əlaqələrin bərpasını müzakirə etmirlər. Abaşidzenin sözlərinə görə, görüş zamanı ilk növbədə, ticari-iqtisadi əlaqələr, nəqliyyat, kommunikasiya və müəyyən humanitar problemlər müzakirə olunacaq:
"Başqa sözlə desək, biz konkret mövzuları müzakirə edirik. İkitərəfli əlaqələrin daha çətin mövzuları Cenevrə formatında müzakirəyə çıxarılacaq. Rəsmi Tiflis danışıqlara hazırdır".
Qeyd edək ki, dekabrın 23-də Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfrasında Rusiya və Gürcüstan arasında viza rejiminin ləğvini istisna etməyib.
Samir