Türkiyənin Mədəniyyət və turizm naziri Nəbi Avçı İsrailə gedəcək.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, 2010-cu ildə Mavi Mərmərə gəmisinə olan basqından və iki ölkə arasında münasibətlərin gərginləşməsindən sonra bu, ilk türk nazirinin rəsmi səfəridir.
Nəbi Avçı 7-8 fevral tarixlərində Tel-Əvivdə turizm sərgisinə qatılacaq. Onun həmkarı Yariv Levinlə də görüşü gözlənilir.
MAHİR