Türkiyə, Rusiya və İran rəsmiləri Astanada görüşəcəklər.
Qazaxıstan Xarici İşlər Nazirliyi Türkiyə, Rusiya və İran rəsmilərinin fevralın 6-da Astanada bir araya gələcəyini bildirib.
Görüşün məqsədi Suriyada atəşkəsin rejiminin tətbiq olunması ilə bağlı danışıqların aparılmasıdır.
Qeyd edək ki, yanvarın 23-də Astanada Qazaxıstan, İran, Suriya hakimiyyəti, BMT, ABŞ, Türkiyə, Rusiya və Suriya müxalifətinin nümayəndə heyətlərinin iştirakı ilə Suriya böhranının nizamlanması üzrə toplantı keçirilmişdi.
/Trend/