Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanın paytaxtı Astanada Suriya böhranı ilə əlaqədar Rusiya, Türkiyə və İran ekspertlər qrupunun toplantısı keçirilib.
Toplantıdan sonra Rusiya nümayəndə heyətinin rəhbəri Stanislav Hacıməhəmmədov açıqlama verib. O bildirib ki, görüşdə Suriya konstitusiyası müzakirə edilməyib:
"Əsas diqqət Suriyada atəşkəsə əməl olunması ilə bağlı üçtərəfli mexanizim yaradılması məsələlərinin müzakirəsinə yönəlmişdi. Demək olar ki, 90 faiz razılıq əldə olunub".
09.32
Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının həlli ilə bağlı ikinci görüş başlayıb.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, görüşdə Rusiya, İran və Türkiyədən olan diplomatlarla yanaşı, BMT-nin xüsusi nümayəndəsi də iştirak edir.
Toplantıda Suriyada atəşkəs rejiminə nəzarətlə bağlı məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, ilk görüş yanvarın 23-24-də Astanada keçirilmişdi. Tərəflər Suriyada atəşkəs rejiminə nəzarət üçün üçtərəfli mexanizminlə bağlı razılıq əldə etmişdilər.
Samir