Rusiya Federasiyasının Buryatiya Respublikasının rəhbəri Vyaçeslav Naqovitsın istefa verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Naqovitsinin mətbuat katibi Aleksandr Maltsev məlumat verib.
O, istefanın səbəbini açıqlamayıb: "Bu qərar gözlənilməz oldu".
Qeyd edək ki, bu, son iki gündə Rusiyada ikinci gözlənilməz istefadır. Dünən Permsk vilayətinin qubernatoru Viktor Basarqin istefa ərizəsini prezident Vladimir Putinə təqdim edib. Rusiya mediasında yaxın günlərdə daha 5 qubernatorun istefa verəcəyi xəbəri yayılıb.
Samir