NATO Moldovada əlaqə ofisi açmaqla, bu ölkəyə hərbçi göndərmək niyyətində deyil. Bu, sadəcə, diplomatik missiyadır. Bunu Alyansın baş katibinin müavini Rouz Getemüller deyib.
Qeyd edək ki, Moldova prezidenti İqor Dodon bundan əvvəl Kişinyovda NATO-nun Əlaqə Bürosunun yaradılmasının əleyhinə olduğunu qeyd edib.
“Bu il Kişinyovda NATO-nun əlaqə üzrə yeni ofisi yaradılacaq. Bu hərbi baza deyil, mülki şəxslərin çalışacağı kiçik bir diplomatik missiyadır. NATO hərbçiləri Moldovaya göndərilməyəcək. NATO-nun ofisləri Moskva, Ukrayna, Gürcüstan kimi digər tərəfdaş ölkələrdə də yaradılmışdır”, - deyə Getemüller Dodonla görüşündən sonra bildirib.
/APA/