14 Fevral 2017 21:12
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Kseniya Sokolova “Ədalətli yardım” xeyriyyə fondunun prezidenti seçilib.

Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu gün “Ədalətli yardım” üzvlərinin ümumi yığıncağı keçirilib. Yığıncaqda təşkilatın yeni prezidenti və idarə heyətinin üzvləri seçilib. Əvvəllər fondun qəyyumu olmuş K.Sokolova yekdilliklə prezident, fondun əməkdaşı Natalya Avilova isə idarə heyətinin yeni sədri seçilib. Onu Donbasdakı və Suriyadakı uşaqlara yardım layihəsinin rəhbəri təyin ediblər.

Qeyd edək ki, ötən ilin dekabrın 25-də səhər saatlarında Suriyaya uçan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsi Qara dəniz üzərində qəzaya uğrayıb. Təyyarənin bortunda 92 nəfər, o cümlədən Aleksandrov adına ansamblın artistləri və “Ədalətli yardım” xeyriyyə təşkilatının qurucusu və rəhbəri Yelizaveta Qlinka (Doktor Liza) da olub. Onlar hamısı həlak olub.

Jurnalist K.Sokolova Y.Qlinkanın silahdaşı və rəfiqəsi olub. O, göstərilən dəstəyə görə Y.Qlinkanın fonddakı həmkarlarına və silahdaşlarına təşəkkürünü bildirib, bunu böyük şərəf və məsuliyyət adlandırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər