15 Fevral 2017 14:17
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan prezidenti Şövkət Mirziyayev bu il aprelin 4-də Rusiyaya rəsmi səfərə gedəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfər iki gün davam edəcək.

Dövlət başçıları artıq bir dəfə görüşüblər. Görüş Səmərqənddə mərhum İslam Kərimovla vida mərasimi zamanı baş tutub.

Bu gün isə paytaxt Daşkənddə Rusiya və Özbəkistanın iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası komissiyasının iclası işə başlayıb. Komissiyanın hazırladığı sənədlər dövlət rəhbərlərinin görüşündə imzalana bilər.

MAHİR


Müəllif:

Oxşar xəbərlər