16 Fevral 2017 11:45
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini lideri Əli Xamneyi Şərqi Azərbaycan əyalətinin bir qrup əhalisi ilə görüşərək, azərbaycanlıların son 130 ildə ölkənin ictimai və siyasi həyatında oynadığı mühüm roldan və keçmiş prezident Məhəmməd Xatəminin ölkədə “Milli Barış” elan olunması ilə bağlı irəli sürdüyü təklifindən danışıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Xamneyi İrandakı mövcud etnik müxtəlifliyin mövcudluğunu ölkə üçün dəyərli bir fürsət saydığını bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan islam inqilabının əsas gücü və dayağıdır. Xamneyi bildirib ki, azərbaycanlıların ölkənin düşmən qarşısında müdafiəsi və onun milli birliyinin qorunması uğrunda fədakarlıq etməsi təqdirəlayiqdir: “Azərbaycan əhalisi son 130 ildə ölkənin ictimai və siyasi həyatında, o cümlədən də “Tənbəki”, “Məşrutə” və “Neft Sənayesinin Milliləşdirilməsi” hərəkatlarında, İslam inqilabının qələbə çalmasında və 8 illik müharibədə mühüm rol oynayıb. Bu isə Azərbaycanın iftixar dolu tarixinin əsas göstəricisidir. Düşmən həmişə ölkə etnikləri arasında ixtilaf salmağa və bu ixtilaflardan öz maraqları üçün istifadə etməyə çalışır. Lakin bizdə belə bir ixtilaf və zəif cəhət yoxdur. Çünki xalq müttəfiq və bütövdür”.


Xamneyi öz çıxışında İranın keçmiş prezidenti Məhəmməd Xatəminin adını çəkmədən onun bir həftə əvvəl ölkədə “Milli Barış” elan olunması ilə bağlı irəli sürdüyü təklifini kəskin rədd edib: “Son günlər bəziləri milli barışıq məsələsini ortaya atır, bu barədə fikir irəli sürürlər. Mənim nəzərimə görə, ölkədə milli barışıq söhbəti mənasızdır. Məgər insanlar bir-birindən küsüb ki, indi gəlib barışsınlar. Ölkədə insanlar arasında heç bir küsülülük yoxdur”.


Samir


Müəllif:

Oxşar xəbərlər