Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Rusiya arasında SU-35 qırıcı təyyarələrinin alınması barədə müqavilə imzalanıb. Bu barədə jurnalistlərə Rusiyanın “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezov bildirib.
Bundan əlavə, BƏƏ və Rusiya hərbi-texniki sahədə sənaye kooperasiyası barədə də saziş imzalayıblar. Sazişə əsasən, Rusiya BƏƏ mütəxəssislərinin iştirakı ilə beşinci nəsil yüngül qırıcı təyyarələrin istehsalına dair layihəni inkişaf etdirməyə başlayacaq.
Yüngül qırıcı təyyarələrin “MiQ-29”-ların bazasında hazırlanacağı bildirilir.
Sazişlər Əbu-Dabidə keçirilən “IDEX 2017” 13-cü beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində imzalanıb.