24 Fevral 2017 15:41
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kanzas ştatında yerləşən gecə klublarından birində silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Associated Press" agentliyi məlumat yayıb.

Hadisə zamanı ABŞ Hərbi Dəniz Donanmasının istefada olan zabiti Adam Purinton Hindistandan olan miqrantlara atəş açıb. Hadisə zamanı 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Məlumatlara görə, olay zamanı Purinton "Mənim ölkəmdən rədd olun!" deyə qışqırıb. O, polis tərəfindən saxlanılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər