Rusiya və Suriya aviasiyası Əl Bab şəhəri yaxınlığında ABŞ-ın dəstəklədiyi Suriya müxalifətinin mövqelərini bombalayıb.
İnsident zamanı müxalif qüvvələr 10-a yaxın döyüşçüsünü itirib.
Bu barədə İraqdakı ABŞ qoşunlarının komandanı Stüart Taunsend məlumat verib.
“Rusiya aviasiyası İŞİD-in mövqelərini bombaladığını düşünərkən bizim müttəfiqlərin – Suriya ərəb koalisiyasının mövqelərinə zərbə endirib. Biz öz rabitə kanalımızla ruslara bombardumanı dayandırmaq barədə tələb irəli sürdük və rus aviasiyası ərazidən geri çəkildi”.
Generalın fikrincə, 3 fərqli ordunun eyni mövqelərdə yerləşməsi tez-tez belə insidentlərin baş verməsinə səbəb olur.
Bundan öncə, Rusiya aviasiyası səhvən Türkiyə ordusunun mövqelərini bombalamışdı və 3 hərbçinin ölümünə yol açmışdı.
/Modern.az/