"Türkiyə ordusu Fərat Qalxanı Hərəkatı çərçivəsində hələ də Menbiç istiqamətində döyüşlərə başlamayıb".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
Onun sözlərinə görə, hazırda Əl-Babın tamamilə İŞİD terrorçularından təmizlənməsi prosesi gedir: "Əl-Babı yerli xalqa təslim etdikdən sonra Menbiçə doğru irəliləyəcəyik. Əməliyyatlar başlamazdan əvvəl YPG qüvvələrini xəbərdar edirik ki, şəhərdən çıxmasalar, öldürüləcəklər. Şəhər yerli sakinlərə məxsusdur. Bizim YPG ilə mübarizəmiz Türkiyəni ABŞ ilə qarşı-qarşıya gətirə bilməz".
Bu arada, YPG qüvvələri Menbiçdə Azad Suriya Ordusu ilə razılaşma imzalayıb. Razılaşmaya əsasən, kürdlər Menbiçi Suriya hökumət qüvvələrinə təhvil verəcək və şəhəri tərk edəcəklər. Məlumatlara görə, razılaşmanın imzalanmasında Rusiya tərəfi aktiv rol oynayıb.
Samir