Meksika ABŞ-a şəkər ixracını dayandırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Meksika şəkər ixracatı ilə bağlı razılaşmanı ləğv edib.
Məlumatlara görə, Meksikadan ABŞ-a ixrac edilən şəkərin həcmi ildən ilə dəyişir . ABŞ-ın Meksikadan 2016-2017 il üçün qənd idxalı kvotası 820 min ton təşkil edib. Reuters agentliyi bildirib ki, ABŞ-ın Meksika ilə bağlı qəbul etdiyi qərarlara uyğun olaraq analoji addım atılıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə qalın divar hörülməsi ilə bağlı göstəriş verib və bunun üçün vəsaitin Meksika tərəfindən ödənəcəyini bəyan edib. Meksika rəhbərliyi isə qəti surətdə hər hansı vəsait ödəməyəcəyini açıqlayıb.
Kəmalə