"Sən istədiyin qədər nazirimizin təyyarəsinə icazə vermə, görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək".
Trend Anadolu agentliyinə istinadən xəbə verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı açılış mərasimində Hollandiya son qərarı ilə bağlı deyib.
Qeyd edək ki, bir qədər əvvəl Hollandiya Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Hollandiya Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdı.
Ərdoğan bu hərəkəti edən Hollandiya hökumətini faşist adlandırıb: "İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizin ölkənizə qarşı dönəcək".
Çavuşoğlu isə Hollandiyaya qarşı ciddi sanksiyalar tətbiq ediləcəyini deyib.