12 Mart 2017 12:13
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı səfirliyinin binasına girişinə qadağa qoyulması ötən gecə etiraz aksiyaları ilə müşayiət olunub.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, bu səbəbdən yerli polis səfirliyin binası ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib. Çevik polis alayı, xüsusi təyinatlı polislər binanı mühasirəyə alıb. Hətta səfirliyin qarşısında xüsusi baryerlər də quraşdırılıb. Səfirliyin önünə yığışan minlərlə Türkiyə vətəndaşına qarşı polis gücdən istifadə edib, polis iti vasitəsilə aksiyaçılara müdaxilə olunub.


Müəllif:

Oxşar xəbərlər