12 Mart 2017 20:41
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Niderland faşizmin paytaxtıdır".

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Fransanın Meç şəhərində keçirilən mitinqdə çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Niderlandı demokratiyanın paytaxtı adlandırırlar: "Amma mən buna şübhə edirəm. Əslində o, faşizmin paytaxtıdır".

Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin XİN rəhbərinin təyyarəsini bu ölkəyə buraxmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Niderlandı ziyarət edə bilməyib.


Müəllif:

Oxşar xəbərlər