Hollandiyanın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı Türkiyə XİN məlumat yayıb.
Üçüncü dəfə Türkiyə XİN-ə çağırılan hollandiyalı diplomata iki nota təqdim edilib. Notalardan birinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verilməməsi və Rotterdamdakı Türk konsulluğu önündə nazir Fatma Betül Sayan Kayanın yaşadıqları ilə, digərinin isə Hollandiya polisinin ölkədəki türk əsilli vətəndaşların dinc aksiyalarına sərt müdaxiləsi ilə bağlı olduğu bildirilib.
Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin XİN rəhbərinin təyyarəsini bu ölkəyə buraxmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Hollandiyanı ziyarət edə bilməyib. Bu siyasi böhranın ardından ailə və sosial siyasət naziri Kaya Rotterdamda mühafizəçiləri ilə birlikdə həbs olunub və Almaniyaya ekstradisiya edilib.
Samir