Hollandiya-Türkiyə siyasi gərginliyinə Afina hökuməti də reaksiya verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Yunanıstan xarici işlər nazirinin müavini Yorqos Katrunqalos danışıb.
O bildirib ki, Hollandiyanın türkiyəli nazirlərin toplantılarına qadağa qoyması üçün heç bir səbəbi yoxdur.
Yerli telekanallardan birinə açıqlama verən nazirin sözlərinə görə, bu addım Avropada dmeokratik toplaşmaq haqlarına ziddir.
Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin XİN rəhbərinin təyyarəsini bu ölkəyə buraxmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Hollandiyanı ziyarət edə bilməyib. Bu siyasi böhranın ardından ailə və sosial siyasət naziri Kaya Rotterdamda mühafizəçiləri ilə birlikdə həbs olunub və Almaniyaya ekstradisiya edilib.
Samir