Peruda baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.
Təbii fəlakət zamanı 263 nəfər xəsarət alıb, 12 min yaşayış evi, 25 məktəb, 8 xəstəxana dağılıb, 2 min kilometr avtomobil yolları və 9 min hektar kənd təsərrüfatı sahəsi su altında qalıb.
Qeyd olunur ki, təbii fəlakət “El-Ninyo” iqlim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.
/APA/