ABŞ Dövlət Departamenti 2005-ci ildən bu yana “Xarici Hərbi Satış” (FMS) proqramı çərçivəsində İraqa 22 milyard dollarlıq silah satdığını təsdiqləyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu rəqəm ABŞ-ın son 12 ildə İraqa satdığı silah-sursatın ümumi məbləğidir.
ABŞ Dövlət Departamenti Vaşinqton və Bağdad arasında təhlükəsizlik əməkdaşlığı çərçivəsində bu məlumatı ictimaiyyətə açıqlayıb.
Qeyd edək ki, 2016-cı ildə rəsmi Bağdad ABŞ-dan 146 ədəd Mİ tankı, 35 ədəd F-16 döyüş təyyarəsi, 24 ədəd İA 407 tipli vertolyot, 9 ədəd C-130 tipli yük təyyarəsi satın aldığını açıqlamışdı.
Bundan başqa, “Trading Economics” adlı müdafiə xəbərləri saytında olan məlumata görə, İraqın hərbi xərcləri son 10 ilin tendensiyasına görə sürətli artıb. 2006-2010-cu illərdə İraqın hərbi xərcləri 3-4 milyard dollar arasında dəyişib, 2011-ci ildə isə bu xərclər daha da artıb.
2011-2013-cü illərdə İraqın hərbi xərcləri 8 milyard dollara qədər inkişaf edib.
2014-cü ildə İŞİD terror şəbəkəsinə aid hərbi qüvvələrin İraq ərazisinə daxil olmasından sonra hərbi xərclər bir qədər də artıb. 2014-cü ildə müdafiə xərcləri 9,5 milyarda çatan İraqda 2016-cı ildə bu rəqəm 13 milyard dollar olduğu təxmin edilir.
Cavad