25 Mart 2017 16:56
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İran və Şimali Koreyanın hərbi proqramı ilə əlaqədə olan və ona yardım edən 30 fiziki və hüquqi şəxsə sanksiya qoyub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti bəyanat yayıb.

Bəyanatda bildirilir ki, sanksiyaya məruz qalan 30 xarici fiziki və hüquqi şəxs İranın raket proqramında istifadə edilən həssas texnologiyanı bu ölkəyə göndərməkdə, eləcə də İrana, Şimali Koreyaya və Suriyaya ixrac edilən mallarla bağlı məhdudiyyətləri pozmaqda günahlandırılır:

“9-u Çin, 1-i Şimali Koreya, 1-i isə Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan 11 fiziki və hüquqi şəxs İranın ballistik raket proqramını gücləndirən həssas texnologiyanı bu ölkəyə göndərdikləri üçün sanksiyaya məruz qoyulub.

Həmçinin İran, Şimali Koreya və Suriya ilə əlaqədə olan daha 19 fiziki və hüquqi şəxs də nüvə silahlarının yayılmamasına dair müqaviləni pozduqlarına görə barəsində sanksiya tətbiq edilənlərin siyahısına daxil edilib”.

Bəyanatda qeyd olunur ki, həmin şəxs və ya qurumların İrana göndərdiyi həssas texnologiyadan kütləvi qırğın silahlarının istehsalı və onun genişləndirilməsində istifadə edilə bilər.

Samir


Müəllif:

Oxşar xəbərlər