27 Mart 2017 21:39
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya məhkəməsi terrorçuluq ittihamı üzrə Suriyanın Bəşər Əsəd rejimini mühakmə edəcək. Teleqraf.com xəbər verir ki, məhkəmə qərarı ilə Suriya hüquq mühafizə orqanlarının 9 vəzifəlisinə qarşı cinayət işi qaldırılıb.

İddia 2013-cü ildə qardaşı Suriyada öldürülmüş Amal Hag-Hamdo Anfalis adlı İspaniya vətəndaşı tərəfindən qaldırılıb.

Şahidlər arasında Əsəd rejiminin dinc insanlara qarşı zorakılığını çəkərək bütün dünyaya nümayiş etdirən "Sezar" kod adlı sabiq hərbçi və 2013-2014-cü illərdə girov saxlanılan ispaniyalı jurnalist Javier Espinosa var.

Suriyada hərbi cinayətlər üzrə beynəlxalq tribunalda araşdırmaların aparılmasına dair təkliflər olsa da, 2014-cü ildə BMT TŞ-nın üzvləri olan Rusiya və ÇİN-in etirazı üzündən iş baxılmamış saxlanıldı.

Ayxan


Müəllif:

Oxşar xəbərlər