29 Mart 2017 18:25
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç gün əvvəl Fransanın paytaxtı Parisdə polisin 56 yaşlı çinli miqrant Şaoyo Liunu öldürməsindən sonra başlayan etiraz aksiyaları davam edir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyalar zamanı polislə Çin diasporunun nümayəndələri arasında toqquşmalar baş verib.

İnsident zamanı çox sayda çinlinin xəsarət aldığı bildirilib. Polis göz yaşadırıcı qaz və dəyənəklərdən istifadə edib. Nümayiş iştirakçıları Liunun qətlində günahkar olanların cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, polisdən verilən açıqlamada Şaoyonun təhlükəsizlik işçilərinə qayçı ilə hücum etdiyi, buna görə ona atəş açıldığı bildirilib. Çinlinin ailəsi isə polisin bu açıqlamasını təkzib edib. Dünən baş verən qarşıdurmalar nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı xəsarət alıb, ən azı 35 nəfər saxlanılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər