Ermənistanda "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılığı ilə bağlı başlanan cinayət işi ilə bağlı yeni detallar açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Ermənistanın "Armenian Times" nəşri məlumat yayıb.
Məlumatda bildirilib ki, "İqla" zenit-raket komplekslərinin Gürcüstandan qanunsuz yolla Ermənistana keçirilməsində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi rolu olub. Məhz bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin sabiq "müdafiə naziri" Samvel Babayan heç bir maneəsiz raketləri Ermənistana gətirə bilib.
Qeyd edək ki, cinayət işi ilə əlaqədar Babayanla yanaşı, dostu S.Qabrielyan və adı açıqlanmayan daha bir nəfər saxlanılıb.
Samir