Fransada prezidentliyə namizəd, keçmiş baş nazir Fransua Fiyon Strazburqda seçicilərlə görüşü zamanı hücuma məruz qalıb.
Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, mülki şəxslərdən biri namizədin üzünə un töküb.
Fiyonu mühafizə edən qadın narazı şəxsi zərərsizləşdirib.
Qeyd edək ki, Fransada aprelin 23-də prezident seçkilərinin birinci mərhələsi keçiriləcək. İkinci mərhələ isə mayın 7-də olacaq.
Ayxan